Tahir Süleymanov: “Neftçi”nin sadiq azarkeşləri yağış altında əziyyət çəkirlər, ancaq komandanı bu günə qoyanlar SkyBoxda yeyib-içir"

09.11.2015 | 3462 dəfə oxunub

Cari mövsüm uğursuz çıxışları ilə yadda qalan“Neftçi”nin ötən gün öz meydanında Premyer Liqanın autsayderi “Rəvan”a uduzması komandanın nə dərəcədə acınanacaqlı durumda olduğunu göstərdi. Klubun sabiq vitse-prezidenti Tahir Süleymanov "Neftçi”yə qarşı sərt ittihamlar səsləndirməklə yanaşı vəziyyətdən çıxış yolları haqda da danışıb:

“Ən pessimist “Neftçi” azarkeşi də bu durumu gözləməzdi. Çox təəssüf ki, komanda 2-3 il bundan öncə tarix yazmaqda davam edirdisə, indi anti-rekordlarla yadda qalır. Təsəvvür edin ki, “Rəvan” çempionatda  ilk qələbəsini “Neftçi” üzərində qazandı. Durum çox kritikdir.

“ELNUR MƏMMƏDOV “BATIR” ADLI BİR KOMANDA YARATSIN”

Mətbuatdan oxuyuram ki, “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov havadarlarının dəstəyi və UEFA Asiya Futbol Federasiyasının xətti ilə Tacikistana klub idarəçəliyi ilə bağlı bir mühazirə oxumağa gedəcək. Maraqlıdır ki, o mühazirənin adı nə olacaq? Yəqin “Neftçi” kimi bir klubu qısa müddətdə necə dağıtmağın yollarını izah edəcək. Orta Asiya ölkələrinin həqiqətən futbol biliklərinə ehtiyacı var. Elnur Məmmədov bir az da o yana gedib, Monqolustanın paytaxtı Ulan BatordA “Batır” adlı bir komanda yaratsın. Bu ad “Neftçi”nin indiki vəziyyətinə uyğun olar. Onsuz da “Neftçi” də batır. 

Acınacaqlı bir durumdur. Dünən oyundan sonra Çingiz Abdullayevin çox pərişan olduğunu gördüm. Bu, heç də ürəkaçan durum deyil. Onun mənəvi baxımdan necə sıxıntı keçirdiyini vizual olaraq hiss etdim. Amma faktiki olaraq “Neftçi”ni Müşahidə Şurası yox, Elnur Məmmədov idarə edir. 

“SADİQ AZARKEŞLƏR YAĞIŞ ALTDA ƏZİYYƏT ÇƏKİR, ANCAQ KOMANDANI BU GÜNƏ QOYANLAR SKYBOXDA YEYİB-İÇİR”

T.Süleymanov hazırkı klub rəhbərliyinin istefa verməli olduğunu deyib: “Özlərinə bir faiz də olsa hörmət qoyurlarsa, dünənki oyundan sonra tam tərkibdə azarkeşlərdən və futbol ictimaiyyətindən üzr istəyib istefa verməliydilər. Əgər getmək istəmirlərsə, yəqin tribunadan o sözləri eşitmək onlara xoşdur. “Neftçi”nin sadiq azarkeşləri yağış altında əziyyət çəkirlər, ancaq  komandanı bu günə qoyanlar   SkyBoxda   yeyib-içir. Yaxşı olardı ki, futboldan anlayışı olmayan insanlar gedib öz işləri ilə məşğul olsunlar. Futbol onlarlıq deyil. 

Sonda qeyd etmək istəyirəm ki, əgər “Neftçi” rəhbərliyinin getmək fikri yoxdursa, tam heyət qurmaq üçün Gedeni də komandaya dəvət etsinlər. Ona qarşı hörmətsizlik etməsinlər. Onda hər kəs bir-birini tamamlayacaq. Axı Gede də bir vaxtlar “Neftçi”ni bu günə qoymuşdu”. (qol.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail