Prosineçki milli üzvləri ilə bir arada

10.11.2015 | 2470 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bu gün Bakıda təlim-məşq toplanışında olan 21 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının üzvləri ilə görüşüb. 

Stadium.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qarşıdan gələn məsul oyunlarda hər iki yığma komandaya uğurlar arzulayıb. 

Millinin baş məşqçisi bildirib ki, klublarla yanaşı, aşağı yaş qruplarından ibarət yığmaların da oyunlarını həm canlı, həm də videoyazı şəklində izləyir, həmçinin bütün yığma komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edir və hər bir futbolçunun hazırlıq səviyyəsi barədə məlumata malikdir. R.Prosineçki futbolçulara müvafiq tövsiyələrini verib.

Xatırladaq ki, U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 13-də səfərdə Almaniya, noyabrın 17-də isə Bakıda Rusiya komandası ilə qarşılaşacaq. 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması isə "AÇ"nın seçmə mərhələsində bu gün Ukrayna, noyabrın 12-də Türkiyə, noyabrın 15-də isə Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək. U-19-un bütün oyunları Bakıda keçiriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail