"Belə davam etsə, hər şey "Neftçi" üçün daha pis nəticələnə bilər"

10.11.2015 | 3139 dəfə oxunub

"Neftçi"nin yarımmüdafiəçisi Kaue Topaz Premyer Liqasının 12-ci turunda "Rəvan"a qarşı keçirdikləri oyundan (2:3) sonra sualları cavablandırıb.


- Oyun barədə nə deyə bilərsiniz?
- Birinci hissə bizdə hər şey yaxşı alındı. Xeyli qol vəziyyəti yaratdıq, rəqibə qol vurmaq üçün xüsusi şans vermədik. Amma ikinci yarıda hər şey biz istəyən kimi getmədi. Fasilədən dərhal sonra yol verdiyimiz iki səhv nəticəsində məğlub duruma düşdük. Demək olar ki, oyun bizim üçün pis alındı.

- Azarkeşlər oyunun gedişində sizin ünvanınıza heç də xoş olmayan sözlər səsləndirirdilər...
- Mən onların nə dediyini başa düşmürdüm. İstənilən halda bunu probleme etmirəm. Mən öz işimi görürəm. Çıxışım onların xoşuna gəlmirsə, etiraz edə bilərlər. Futbolda bu, normal haldır.

- 12 oyunda cəmi 3 qələbə. "Neftçi" hara gedir?
- Belə davam etsə, daha pis olacaq. Nəyisə dəyişmək lazımdır. Ola bilsin ki, hətta oyun üslubumuzu da. Azarkeşlər yalnız bizim oyunumuzu görürlər. Onlar komandada nə baş verdiyini, məşqlərimizi görmürlər.

- Olar ki, bunlar barədə danışasınız?
- Mən nəsə pis hadisələrin yaşandığını demirəm. Onu demək istəyirəm ki, hər şeyin yaxşıya doğru dəyişməsi üçün əlimizdən gələni edirik, məşqlərdə çox çalışırıq. Amma məğlubiyyətlər komandaya pis təsir edir. Hərdən biz gecələri yata da bilmirik.

- Futbolçular məşqlərdə çalışıb, bəhrəsini görmürsə, belə çıxır ki, problem baş məşqçidədir?
- Bilmirəm. Bu, sizin fikrinizdir. Mən sadəcə, öz işimi görürəm. Baş məşqçi nə deyirsə, onu da edirəm.

- Növbəti turda sizi "Xəzər Lənkəran"la oyun gözləyir...
- Bizim özümüzə gəlməyimiz, yaxşı hazırlaşmağımız üçün vaxtımız var. Səhvlərimizdən nəticə çıxarmalı və qarşıdakı oyunlarda uğur qazanmalıyıq.  mənbə: azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail