Şahin Diniyevdən futbolçusuna dəstək

11.11.2015 | 2708 dəfə oxunub

“Biz Darionun arxasındayıq, ona uğurla əməliyyat olunmasını, tezliklə “Kəpəz”in düşərgəsinə dönməsini arzulayırıq. Klubumuzun rəhbərliyi, komanda yoldaşları və mən baş məşqçi kimi ona dayaq durmuşuq, bundan sonra da dəstək verəcəyik”.


Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev klubun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli məşqçi Dario Frederikonun zədələnməsinə münasibət bildirərkən daha sonra bunları əlavə edib: “Bu futboldur, idmanda belə hallar olur. Biz buna normal baxıb qarşılamalıyıq. Dario komandamızın bütün gücü olmasa da, doğrudan da bizim üçün böyük qüvvə idi. Hücumlarda komandaya sürəti və texnikası ilə dəstək verən futbolçudur. Mənə elə gəlir ki, onu əvəz edən yetərincə oyunçumuz olacaq”.


Şahin Diniyev “Kəpəz”in bir futbolçudan asılı olmadığını və komandanın kollektiv oyuna üstünlük verdiyini vurğulayıb: “Frederikonun yeri görünəcək, amma çalışacağıq ki, bu itkinin yerini dolduraq. “Kəpəz”in oyun sistemi var və bu sistemdə oynaya biləcək futbolçular heyətə cəlb olunub. Komandamız kollektiv futbol oynayır, bizdə oyunun taleyini təkbaşına həll edəcək futbolçu yoxdur. Kollektiv var və bu kollektiv də Darionun yoxluğunu büruzə verməyəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail