"Xəzər Lənkəran" məğlubiyyəti darmadağınla unutdurdu

14.11.2015 | 3607 dəfə oxunub

"Xəzər Lənkəran"ın U-17 komandası ev oyunlarında qələbə seriyasını bu həftə də davam etdirib. “Qarabağ”la qarşılaşan komanda 2:0 hesablı qələbə qazanıb. Qolları Kamal Dənziyev və Nurlan Fərəcli vurublar. 

 

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən həftə “Zirə” ilə oyunda çempionatda ilk məğlubiyyətini alan (0:1) U-15 komandası bu tur əsas rəqiblərindən olan “Sumqayıt”ı qonaq edib. Qarşılaşma cənub təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda ilk üç qolu Tural Bayramov vurub, bu onun mövsümdə ikinci het-trikidir. Digər iki qol Yusif Qasımov və Zamiq Əliyevin hesabındadı. 

Həftənin digər iki oyununda isə komandalar məğlub olublar. U-16 komandası səfərdə “Vətən”ə 1:2 hesabı ilə yenilib. Komandanın yeganə qolunu yuxarıda adını çəkdiyimiz Tural Bayramov vurub. U-19 isə evdə “Bakı”ya eyni hesabla məğlub olub. Bu görüşdə komandanın yeganə qolunu penaltidən Milad Bayramov vurub.

Ötən həftə U-19 liqası çərçivəsində "Xəzər Lənkəran"ın səfərdə “Neftçi” İB klubu ilə 0:0 hesablı heç-heçə oynaması barədə məlumat vermişdik. Bu həftə AFFA İntizam Komitəsi sözügedən qarşılaşmada meydan sahiblərinin təhlükəsizliyi təmin etmədiyinə görə “Neftçi” İB komandasına 3:0 hesablı texniki məğlubiyyət verilməsi barədə qərar çıxardı. Beləliklə, hal-hazırda Hafiz Əliyevin komandası 13 xalla 1-ci – 4-cü yerləri bölüşdürür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail