"Qəbələ"nin futbolçusu: "Hər şey qaydasındadır"

14.11.2015 | 4468 dəfə oxunub

Son illər uğurlu çıxış edən "Qəbələ" Azərbaycanda və digər ölkələrdə də öz haqqında yaxşı fikirlər formalaşdıra bilib. Komandanın yaxşı maliyyə imkanları olduğu üçün, ölkənin əksər güclü futbolçuları da Qəbələ təmsilçisinin rənglərinə qatılıb. Hətta vəziyyət o yerə çatıb ki, azərbaycanın ən öndəgedən futbolçuları belə "Qəbələ"də əsas heyətə düşə bilmir.


Stadium.az olaraq, "Qəbələ" klubunun futbolçusu Asif Məmmədovla əlaqə saxlayıb, son durumu və ölkə futboluna aid bəzi suallarımıza cavab aldıq:


"Qəbələ"də heyət genişdir Hər bir futbolçu start heyətə düşmək üçün səylə çalışır. Mən bura gələndə əvvəl oynadım. Sonra trama aldım, ona görə də 20 gün kənarda qalmalı oldum. İndi şükür Allaha ki, hər şey qaydasındadır. İnanıram ki, yaxın zamanda baş məşqçi mənə də şans verəcək. "Qarabağ" turnir cədvəlində bizdən 7 xal öndədi. Məncə, qarşıda qalan oyunların sayına baxsaq, bu 7 xal heç də çox deyil. Sona qədər mübarizə aparıb, çempionluq qazana bilərik".


Məmmədov daha sonra milli komanda haqqında da danışıb: "Son vaxtlar millinin oyunu və nəticələrini bir qədər yaxşı saymaq olar. Heyətə baxdıqda da irəliləyiş var. Mən də üzərimdə çalışıram ki, həm klubda, həm də millidə oynayım".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail