Samir Əliyev "Neftçi"dən rəsmən ayrıldı - YENİ BAŞ MƏŞQÇİ BƏLLİ OLDU!

15.11.2015 | 4988 dəfə oxunub

“Neftçi” PFK-nın inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda komandanın son oyunları əsas müzakirə mövzusu olub. Bununla yanaşı iclasda baş məqşçi Samir Əliyevin Müşahidə Şurasına müraciətinə baxılıb. Samir Əliyev müraciətində diqqətini daha çox "Pro" kateqoriyalı məşqçilik kurslarına yönəltmək və bununla əlaqədar hazırki vəzifəsindən uzaqlaşmaq istədiyini bildirib. Müşahidə Şurasının iclasında Samir Əliyevin müraciəti qəbul edilib və komandanın baş məşqçi vəzifəsi müvəqqəti olaraq Müşahidə Şurasının üzvü Əsgər Abdullayevə həvalə olunub. Komandaya yeni baş məşqçi axtarışı klubun İcraçı direktoru Elnur Məmmədova və idman direktoru Vəli Qasımova tapşırılıb.

Samir Əliyev  04.11. 2015-ci il tarixdə Ukrayna Futbol Federasiyasında dinləmələrdən uğurla keçərək "Pro" kateqoriyalı məşqçilik kurslarına qəbul edilib. "Pro" kursları ilə əlaqədar Samir Əlievin Ukraynaya ilk səfəri 16 noyabr tarixində baş tutacaq. Məlumat üçün bildiririk ki, UEFA-nın lisenziyalaşdırma qaydalarına əsasən klublarda əsas komandanın baş məşqçisinin “Pro” kateqoriyasına malik olması mütləqdir. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail