“Heç bir futbolçuya güzəşt edilməyəcək”

15.11.2015 | 3846 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Rəvan”la yoxlama oyunundan sonra müsahibə verib
 
- Əvvəlcə oyun haqda fikirlərinizi bilmək istərdik.

- Düşündüyümüz kimi maraqlı və gərgin oyun keçdi.Futbolçularımızda yorğunluq var. Bir çox oyunçulara şans verdik. Bu matçda Armenteros 30 dəqiqə oynadı. 
 
- Armenteros matçın 30-cu dəqiqəsində əvəzləndi. Bunu əvvəlcədən proqnozlaşdırmışdınız? 

- Xeyr, Armenterosun ayağında yüngül ağrı oldu. 10-cu dəqiqədə epizodların birində rəqib futbolçu ilə mübarizədə baş verdi. 
 
- Premyer Liqada “Qəbələ” ilə 7 xallıq fərq var. Sizcə, bu, komandanızı  arxayınlaşdırmayacaq? 

- Qətiyyən. Əgər “Qəbələ” xallar itiribsə, deməli biz də itirə bilərik. Növbəti tur bizi “Kəpəz”lə çətin oyun gözləyir. Rəşad Sadıqov zədəli olduğu üçün “Tottenhem”ə qarşı oynamaya bilməyəcək. Elvin Yunuszadənin Rəşad Sadıqovu əvəz edəcəyindən ehtiyatda müdafiəçi olmayacaq. 
 
- Sizcə kapitanın olmaması komandaya necə təsir edəcək? 

- Rəşad Sadıqov haqda tam dəqiq nəsə demək olmaz. Hər şey yaxşıya doğru gedir. Mən ümid edirəm ki, “Tottenhem”lə matçda Rəşad Sadıqovun xidmətlərindən yararlana biləcəyik. Hələ ki, müalicə gedir. 
 
- “Tottenhem”lə matç “Qarabağ” üçün ölüm-dirim oyunudur… 

- Bu oyuna ölüm-dirim deməzdim. “Tottenhem”in gücü və adı-sanı hər kəsə məlumdur. Məncə, azarkeşlər üçün də maraqlı olar ki, “Tottenhem” kimi komandanı canlı olaraq izləyə bilsinlər. Rəqib komanda olsa da, onların da bacarıqlı və istedadlı futbolçuları var. Azarkeşlər bir anlıq İngiltərə Premyer Liqasına gedib çıxa bilərlər (gülür). Biz çalışacağıq ki, rəqibə qarşı düzgün taktika ilə oynayaq və sona qədər mübarizə aparaq. İnşallah, əlimizdən gələni etməliyik ki, biz bu oyunda nəticə qazanaq. Düüşünürəm ki, azarkeşlər hər zaman olduğu kimi, bu dəfə də bizi tək qoymayacaqlar. 
 
- Mahir Mədətov millinin heyətindən intizamsızlığına görə qovulub. Bu haqda Nazim Süleymanovla və Mahir Mədətovla söhbət etmisiz? 

- Xeyr, hələ ki, söhbət etməmişəm. Mən hər zaman futbolçularıma tapşırıram ki, milli komandaya gedəndə, özünüzü yaxşı tərəfdən göstərin. Necə deyim, mən həmin epizodu canlı görməmişəm. Əgər yazılanlar və deyilənlər doğrudursa, futbolçunun belə hərəkət etməyi doğru deyil. Mahir Mədətovla söhbət etməmişəm. Lakin bu mövzu ilə bağlı onunla ciddi şəkildə söhbət edəcəm. Açığı, bu xəbəri eşidəndə təəccübləndim. Mahirdən elə hərəkəti gözləmirdim. Heç bir futbolçuya güzəşt edilməyəcək. Hətta komandanın ən güclüsü olsa belə intizam birinci növbədədi . Futbolçu məşqçinin tapşırığını yerinə yetirməlidi. 
 
- Elvin Yunuszadə, Coşqun Diniyev və İlqar Qurbanov milliyə dəvət almadı. Sizcə Prosineçki seçimində ədalətsiz davranmayıb? 

- Fikrimcə, xeyr. Əgər onların oyunu Prosineçkini tam şəkildə qane etsəydi, milliyə çağırardı. Düzdür, onlar son oyunlarda start heyətdə meydanda olurlar. Amma bu, o demək deyil ki, onlar milliyə dəvət almalıdırlar. Mən belə düşünürəm ki, son zamanlar milliyə haqqı olan futbolçular dəvət edilir.
sportal.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail