"Moldova ilə oyun əksəriyyətimiz üçün bir şansdır"

15.11.2015 | 4582 dəfə oxunub

Azərbaycan yığmasının və "Kəpəz"in yarımmüdafiəçisi Rəşad Eyyubovun müsahibəsi

- Milliyə dəvət olunmağınızı necə qarşıladınız?
- Məncə, hər bir futbolçu ölkəsinin yığma komandasına dəvət almaqla fəxr hiss edir. Çox şadam ki, Robert Prosineçki mənim oyunumu bəyənib və milli komandaya dəvət edib. Özümü yaxşı tərəfdən göstərmək istəyirəm.

- Moldova ilə oyuna hazırlıq necə gedir?
- Ciddi hazırlaşırıq. Baxmayaraq ki, bu, yoxlama oyunudur. Şəxsən mən Azərbaycan yığmasına elə də tez-tez dəvət almıram. Ona görə də burada olmaq mənim üçün çox xoşdur.

- Moldova yığması barədə nə bilirsiniz?
- Orta səviyyəli, yaxşı komandadır. Deyərdim ki, komandamızla eyni səviyyədə olan bir rəqibdir. Ümid edirəm ki, uduzmayacağıq, ilin son oyununda qələbə qazanacağıq.

- Bu oyunu millidə möhkəmlənmək üçün şans saymaq olar?
- Bu, təkcə mənim üçün yox, digər futbolçular üçün də bir şansdır. Ümid edirəm ki, oynamaq şansı da qazanacağam. Bu şansdan istifadə etmək istəyərdim.

- Moldova ilə oyundan sonra "Kəpəz"in heyətində "Qarabağ"a qarşı oynamalı olacaqsınız. Birinci dövrədəki məğlubiyyətin əvəzini çıxa biləcəksiniz?
- Fikrimcə, AZAL-la son oyundakı xal itkisindən müəyyən nəticə çıxarmış olarıq. "Qarabağ"la oyunda müsbət nəticə qazanacağımıza ümidliyəm.

- "Kəpəz"ə çox gec qoşuldunuz. Geridə qalan dövrdə bu komandaya uyğunlaşa bilmisiniz?
- Hələ ki, öz oyunumdan tam razı deyiləm. "Simurq"da fərqli oynayırdım. Orada qollar da vururdum, qol ötürmələri edirdim. "Kəpəz"dəki oyunumda isə müəyyən problemlər var, qol vura bilmirəm. Amma əsas odur ki, bu komandada özümü xoşbəxt hiss edirəm. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail