"Hər kəs əvvəlki "Xəzər Lənkəran"ı görəcək"- Elvin

15.11.2015 | 5499 dəfə oxunub

Məlum qadağadan sonra əvvəlki gücündə olmayan "Xəzər Lənkəran" hələ də uğur qazana bilmir. Yerli gənclərin və az sayda təcrübəli futbolçuların ümidinə qalan Lənkəran klubu qarşıdakı turda "Neftçi"ni qəbul edəcək. Hər iki komandanın pis durumda olması, eyni zamanda ölkənin bir nömrəli derbi oyunu olması bu matça marağı artırır.

Stadium.az olaraq, bu oyuna hazırlıq və "Xəzər Lənkəran"dakı son durumu öyrənmək üçün, cənub klubunun mərkəz müdafiəçisi Elvin Mirzəyevlə əlaqə saxladıq:


"Son turlarda aldığımız məğlubiyyətlər bizə də xoş deyil. İstəməzdik ki, belə olsun, amma ne etmək olar. İlk dövrədəki nəticələrə görə çox üzülürük. Zədəli futbolçuların olması bizim oyunumuza da təsir edir. Onlarla meydanda olanda biz daha çox şey öyrənirik və inamlı çıxış edirik. İkinci dövrədə heyətimizə daha bir-neçə futbolçu cəlb etməklə güclənə bilərik. İnanıram ki, yeni transferlərlə komandamız əvvəlki qüdrətini qayatarar. Hər kəs əvvəlki "Xəzər Lənkəran"ı görəcək. İndi "Neftçi" ilə oyuna hazırlaşırıq. Məlum olduğu kimi, bu oyunda məğlub olmağı heç kim istəmir. Hər oyuna necə hazırlaşırıqsa, "Neftçi"yə qarşı da belə hazırlaşırıq. Amma məğlub olmaq haqqında heç düşünmürük də. Meydana bir istəklə çıxacağıq ki, bu da qələbədi".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail