Premyer Liqamızda 8 tura 159870 azarkeş

PFL azarkeşlərlə bağlı statistika yayımladı

04.10.2011 | 4955 dəfə oxunub

Azərbaycan  Premyer Liqasında geridə qalan 8 turu ərzində 47 qarşılaşma keçirilib. Yalnız 1-ci turun "Neftçi" – "Qrabağ" qarşılaşması təxirə salınıb.

Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, sentyabr ayı ərzində baş tutan 25 qarşılaşmada stadionlara 81070 azarkeş gəlib. Ötən ay olduğu kimi sentyabr ayında da ən çox azarkeş Gəncə şəhər stadionunda qeydə alınıb. Premyer Liqanın 5-ci turunda yerli "Kəpəz"in doğma meydanda AZAL-ı 3:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanı 15000 azarkeş izləyib. Ən az azarkeş isə yenə həmin turun "Bakı" - "Rəvan", 6-cı turun "Rəvan" - "Sumqayıt Şəhər" və 8-ci turun "Qarabağ" - "Turan" qarşılaşmalarında qeydə alınıb – 300 nəfər.

Azarkeşlərinin çoxluğuyla yenə əyalət klubları öyünə bilər. Belə ki, sentyabrda "Xəzər Lənkəran"ın ev oyunlarını 25 000, "Kəpəz"in ev oyunlarını isə 20 000 azarkeş stadiondan canlı izləyib. Sentyabr ayı ərzində bütün paytaxt təmsilçilərinin oyunlarına isə cəmi 12720 azarkeş gəlib. 

Azarkeşlərin daha çox marağına səbəb olan oyunlar isə cari mövsümün 5-ci turuna təsadüf edib – 36950 nəfər. 6-cı turda 11300, 7-ci turda 15900, 8-ci turda isə 14920 azarkeş oyunları stadiondan izləyib. Sentyabrda orta hesabla hər oyunu 3242 nəfər canlı izləyib.

Avqust ayı üçün müvafiq göstərici 3581 nəfər olmuşdu. Ümumilikdə, Premyer Liqanın ötən 8 turunun oyunlarını 159870 azarkeş stadionlardan canlı izləyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail