Stadionlarla bağlı treninqlər başladı

04.10.2011 | 5015 dəfə oxunub

Bu gündən etibarən Bakıda FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan – 2012-nin oyunlarının keçiriləcəyi stadionlar və məşq meydançalarında çalışan şəxslər üçün treninqlər başlayıb.

Stadium.az xəbər verir ki, tədbirdə FİFA nümayəndələri Oliver Voqt, Stüart Larman, Stefan Baker və Markus Keller iştirak edir. Treninqlər bu gün AFFA Futbol Mərkəzindəki «Dalğa Arena»da start götürüb. AFFA-nın baş katibi, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan – 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov çıxış edərək dünya çempionatına hazırlıqla bağlı məlumat verib, turnirin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib və treninq iştirakçılarına uğurlar arzulayıb. Sonra nəzəri və praktiki məşğələlər keçirilib. Treninqlərdə əsasən ot örtüyünün yüksək səviyyədə saxlanması barədə ətraflı məlumatlar veriləcək.
Treninqlər oktyabrın 7-də başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail