"Qarabağ" İngiltərə, İtaliya və İspaniya klublarından öndə

04.10.2011 | 4780 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü klublarının reytinq siyahısını açıqlayıb. Stadium.az xəbər verir ki, 401 klubun yer aldığı siyahıda Azərbaycan yalnız bir komanda ilə - "Qarabağ"la təmsil olunub.
 
70,5 xala malik olan Ağdam təmsilçisi ötən ayla müqayisədə 5 pillə geriləyib və 313-316-cı yerləri bölüşüb. Ekvadorun "Nacional", Kolumbiyanın "Deportivo Kali" və Koreyanın "Busan I'Park" klubları "Qarabağ"la bu pillələri bölüşüblər.

Təmsilçimiz bir çox klubu da qabağlamağı bacarıb. Bunlar "Borussia" (Münhenqladbax), "Köln" (hər ikisi Almaniya), "Uiqan", "Sanderlend" (hər ikisi İngiltərə), "Nansi", "Sent-Etyen", "Brest" (hamısı Fransa), "San Lorenzo", "River Plate" (hər ikisi Argentina), "Kyevo", "Kataniya" (hər ikisi İtaliya), "Real Sosyedad", "Sportinq", "Almeriya" (hamısı İspaniya), "Dinamo" (Moskva, Rusiya), "Vitoriya" (Portuqaliya), "Rapid" (Avstriya), "Otelul" (Rumıniya) və daha neçə belələri var.
 
Siyahıya yenə İspaniyanın "Barselona" klubu başçılıq edib. Madrid "Real"ı ikinci, İngiltərənin "Mançester Yunayted" klubu isə 3-cü pillədə qərarlaşıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail