"Bunu əvvəl etməmişəmsə, indi heç etmərəm"- Unudulmuş futbolçu

19.11.2015 | 2749 dəfə oxunub

Futbol belədi, bu gün var sabah yox. Yaxşı oynadınsa, hər kəs səndən danışacaq. Oynunda eniş oldusa, tənqidlər başlayacaq. Bir də var uzun müddətli zədə alasan. O zaman çoxları tərəfindən, hətta unudulursan. Rəşad Kərimov sonunculardandı. Bir zamanlar böyük gələcək vəd edən, "Xəzər" və "Qarabağ" kimi klublarda çıxışları ilə tanıdığımız Rəşaddan uzun müddətdi səs-soraq yoxdu. Unudulmuş futbolçu Stadium.az saytına müsahibə verib.


-Rəşad, nə işlə məşğulsan?

-Heç nə bekarçılıqdı.


-Böyük gələcək vəd edən Rəşada nə oldu ki, ümidləri doğrultmadı?

-Qardaş, bunun bir çox səbəbləri var. Mən bunu sənə danışmaq üçün, gərək oturub çay içə-içə danışım ki, boğazım qurumasın.(gülür)


-Bir çox səbəblər dedin, bunu həm də, qarşılaşdığın haqsızlıqlar kimi qəbul edək ya necə?

-Qardaş, hər şeyi onun, bunun üstünə atmaqla duzəlsəydi, çoxdan edərdim. Bunu əvvəl etməmişəmsə, indi heç etmərəm. Nələr olubsa, deməli, mənim də nədəsə səhvlərim olub. Ancaq həyatdı, hər şey ola bilər. Bu gün zədəmə görə qayıda bilmirəm futbola. Ancaq inan ki, duzəlib qayıtmaq şansım da var.


-Zədən nə yerdədi? Müalicə necə gedir?

Zədəm sol dizimdədi. Zədəm sol dizimdədi. Əslində, yüngül zədə idi. Yüngül olmağını da Almaniyaya diskimi göndərmişdim, ordan dedilər. Ancaq bizim həkimlər məni yaman günə qoyublar. Bakıda iki dəfə əməliyyat ediblər, ikisi də səhv olunub. Sonradan öyrəndim ki, Türkiyə və Almaniyada daha tez, həm də düzgün reablitasiya ilə sağala bilərəm.


-Nə zaman olmalıdı əməliyyat?

-Hələ ki vəsaiti toplamağa çalışıram.


-Məbləğ nə qədərdi?

-Ən azı 15000 dollar.


-Son klubun olan Sumqayıt zamanında hansısa köməklik etdimi?

-Yox, qardaş, nə kömək".


-Zədələndiyin ani xatırlayırsan?

-Məşq vaxtı zədələnmişəm. Heç bir mübarizə getmədiyi anda, sadəcə top qəbulunda.


-Qayıtmaq haqda fikrin qətidir? Nəzərə alsaq ki, uzun müddətli futboldan uzaqsan və öz formanı yığmaq da kifayət qədər vaxt aparacaq.

-Allah qoysa duzəlsəm, oynamaq problem deyil. Ən çox iki aya tam formaya duşə bilərəm inşallah.

Xanoğlan İMANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail