Lənkəranlılar yerli "EL Klasiko"ya necə hazırlaşır? Bakılılar səfərə çıxacaq?

20.11.2015 | 2726 dəfə oxunub

Əsas derbi yaxınlaşdıqca, maraq daha da artır. Düzdü, "Xəzər Lənkəran" və "Neftçi" uğursuz mövsüm yaşayır. Amma bu oyunda elə bir rəqabət var ki, aşağı liqaya düşsələr belə bu rəqabətin azalacağı heç inandırıcı gəlmir. Məlumdur ki, böyük oyuna öz ağırlığıni qoyan amillərdən biri,bəlkə də birincisi hər iki tərəfin azarkeşləridi. Oyuna hazırlıq və sönməyən rəqabət barədə "Caspıan Ultras" fan qrupunun idarə heyətinin üzvü Ramal Novruzov və "Forza Neftçi"azarkeş qrupunun rəhbəri Subhan Əliyev Stadium.az saytına açıqlama verib.

Ramal Novruzov : "Bu oyuna "Caspian Ultras" fan qrupu xüsusi hazırlanır. Bu oyunda xüsusi xareoqrafiya,xüsusi banner və şüarlar olacaq. Səsimizdən tribuna silkələnəcək.Qadağaya gəldikdə isə,biz qadağanın olmamasının tərəfdarıyıq və çox istəyirik ki,Neftçi azarkeşləri meydana buraxılsın.Amma aramızda isti münasibətin nə zamansa olmasına inanmıram. Hər 2 komanda var olduqca, bu rəqabət davam edəcək".

Subhan Əliyev : "Necə hazırlaşaq? Azərbaycanda ən böyük oyun olan, Premyer Liqaya rəng qatan "Neftçi" və "Xəzər" oyunudu, ona da azarkeş qadağası qoyublar. Səfər qadağası aradan qalxsa, çox gözəl olar. Oyuna rəng qatan fanatdı. Futbolu fanat üçün oynayırlar. Sağolsunlar, bir böyük oyun var, onu da fanatlara qadağa qoyublar. Biz də "Forza Neftçi" olaraq, komandamızı yola salmağa gedəcəyik. Bəzi cavan futbolçular fərqində olmalıdı ki, bu oyun "Neftçi" fanatları üçün necə əhəmiyyətlidir. Əslində Forzadan oyuna getmək istəyənlər çoxdu,amma getsək uşaqların tutulmaq ehtimalı var, ona görə də getməyəcəyik. "Xəzər Lənkəran" azarkeşləri ilə isə aramizda heç bir istilik yoxdu, əzəli rəqibik. Bu hər zaman da belə qalacaq".

Xanoğlan İMANOV



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail