"Hər şey Frederikonun müalicə kurslarının, fizioterapiyanın gedişindən asılı olacaq"

20.11.2015 | 2649 dəfə oxunub

“Kəpəz”in zədəli futbolçusu Dario Frederiko Braziliyanın San-Paulu şəhərində “Drvitorpadua” klinikasında əməliyyat olunub.

Stadium.az xəbər verir ki, Meniski zədələnən və xaçabənzər diz bağı hissəvi qırılan yarımmüdafiəçini tanınmış cərrah Vitor Barion Padua əməliyyat edib.

Frederikonun əməliyyatı uğurla keçib və futbolçu hazırda özünü yaxşı hiss edir. Bu barədə kapazpfc.az saytına braziliyalının meneceri Vaqif Heydərli məlumat verib: 
“Dario eyni vaxtda iki əməliyyat olunub, indi durumu yaxşıdır. Vəziyyəti ilə bağlı həkimlə danışmışıq. Futbolçunun nə vaxt məşqlərə başlaya biləcəyi haqda hələ dəqiq söz deyilmir. Hər şey Frederikonun müalicə kurslarının, fizioterapiyanın gedişindən asılı olacaq. Amma deməliyəm ki, Darionun əməliyyatı yaxşı keçib, ümidverici olub. Yaxın 2-3 həftədən sonra onun durumu barədə dəqiq fikir bildirmək mümkün olacaq”.

Qeyd edək ki, Dario Frederiko 3 gündən sonra əməliyyat olunduğu klinikadan evə buraxılacaq



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail