“Foqts hesab edirsə ki, kimlərdənsə zəifəm, yanılır"

04.10.2011 | 6131 dəfə oxunub

“Berti Foqtsun məni milliyə niyə görə çağırmamağının səbəbini anlaya bilmirəm”. Stadium.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Avstriya və Türkiyə ilə oyunlara çağırılacağını gözləyən Medvedev sonradan təəssüflənməli olub. Çünki yığmanın baş məşqçisi Berti Foqts onun xidmətinə ehtiyac duymayıb. 

Almaniyalı mütəxəssisin sağ cinahda daim şans verdiyi Mahir Şükürovun cəzalı olması səbəbindən Maksimə dəvət göndərəcəyi gözlənilirdi. Lakin bu, baş vermədi. Futbolçu isə özünü yığmanın düşərgəsində olanlardan heç də zəif hesab etmir: “Foqts hesab edirsə ki, kimlərdənsə zəifəm, yanılır. İndi yaxşı formadayam. “Qarabağ”ın heyətində 4-5 oyun keçirmişəm”.

Medvedev Foqtsun onunla prinsip aparmasını da istisna etmir: “Ola bilsin, Foqtsun mənimlə prinsip aparır. Amma nəyə görə belə olmalıdır? Qazaxıstanla səfər oyununda iştirak etdim, fikirləşdim ki, Bakıda da meydana çıxacağam. Ancaq Almaniya ilə oyunda şans vermədi. Səbəbini bilmirəm”.

Futbolçu klubunda heç də pis təsir bağışlamadığını qeyd edib: “Ola bilər, hansısa oyunda səhvə yol verim. Bu, futboldur. Hardasa 90 faiz formadayam. Belə olan təqdirdə, yığmadan kənarda qalmağımın səbəbini anlaya bilmirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail