Şahin Diniyev: “Belə bir oyundan sonra danışmaq bir az çətindir"

21.11.2015 | 3054 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIII turunda “Qarabağ” növbəti qələbəsini qazandı. Stadium.az xəbər verir ki, Ağdam klubu “Kəpəz”i 3-0 hesabı ilə üstələdi. Oyundan sonra Gəncə klubunun baş məşqçisi Şahin Diniyev məğlubiyyəti belə dəyərləndirdi:

“Belə bir oyundan sonra danışmaq bir az çətindir, amma danışmamaq da olmur. Bizim itkilərimiz çox idi, lakin  bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil. Meydançada da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək. İlk hissədə Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa “Qarabağ”ın real şansı olmadı. Futbolçularım ilk hissədə taktiki cəhətdən ağıllı oynadılar.  İkinci hissədə müəyyən üstünlüyümüz vardı. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1-1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdır, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdir. “Qarabağ” bizim top komandamızdır, səhvləri bağışlamır. “Qarabağ”a “Tottenhem”lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk  hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə  sərgilədiyimiz futbol xoşumuza gəldi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail