"Qəbələ" Yunanıstana getdi

25.11.2015 | 2272 dəfə oxunub

Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində Yunanıstanda PAOK-un qonağı olacaq "Qəbələ" klubu səfərə yollanıb.

Stadium.az xəbər verir ki, komanda üzvlərini Salonikiyə çarter reysi ilə aparan AZAL-a məxsus təyyarə havaya qalxıb.

Səfərə yollanan futbolçular arasında müqavilə üzrə PAOK-a məxsus, amma icarə əsasında "Qəbələ"də çıxış edən Fakundo Pereyra da var. Argentinalı hücumçu iki klub arasındakı razılığa əsasən, meydana çıxmayacaq.

"Qəbələ"nin digər hücumçusu Ermin Zets isə zədəsini sağaltdığı üçün oyuna yollananlar arasında yer alıb. 

Qeyd edək ki, "Tumba" stadionunda keçiriləcək PAOK - "Qəbələ" matçı yerli vaxtla oktyabrın 26-da saat 22:05-də (Bakı vaxtı ilə 27 oktyabr saat 00:05-də) başlanacaq. 4 turdan sonra meydan sahiblərinin 3, qonaq komandanın 1 xalı var. Hazırda sonuncu pillədə olan "Qəbələ" növbəti mərhələyə yüksəlmək üçün təkcə PAOK-u deyil, son turda Bakıda "Krasnodar"ı da yenməli, eyni zamanda sabah Almaniyanın "Borussiya" (Dortmund) komandası Rusiya təmsilçisi ilə görüşdə xal itirməməlidir. report



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail