"Sabahkı oyun bizim üçün çox önəmlidir"

26.11.2015 | 2431 dəfə oxunub

Premyer Liqanın 14-cü turunda “Kəpəz” Gəncədə “İnter”i qəbul edəcək. Stadium.az xəbər verir ki, “sarı-göylər” qarşıdakı oyuna ciddi hazırlaşıblar və heyətdəki futbolçular matçın əhəmiyyətini yaxşı başa düşürlər.

Bunu klub saytına açıqlamasında komandamın futbolçusu Tural Nərimanov da təsdiqləyib: “Ötən tur xal itirdik, ona görə çalışacağıq ki, qarşıdakı oyunda bunu sığortalayaq. Qələbə turnir cədvəlində yerimizi yaxşılaşdıra bilər. Daha üst pillələrə çıxa bilərik. Sabahkı oyun bizim üçün çox önəmlidir. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. İnanıram ki, qarşıya qoyulan vəzifənin öhdəsindən gələ biləcəyik”.

Premyer Liqanın 13-cü turunda “Qarabağ”a qarşı görüşdə müdafiəçi start heyətində oyuna başlamış və əvəzedilmədən sona kimi oynamışdı. Nərimanov “İnter”lə görüşdə də məşqçilər korpusundan şans gözləyir: “Sonuncu matçımızda baş məşqçimiz mənə oynamaq şansı verdi. Xeyli müddət idi ki, oynamırdım. Şahin Diniyev yenə şans versə, meydanda əlimdən gələni edəcəyəm ki, komandamız qalib gəlsin. Əslində kimin oynamasının fərqi yoxdur, əsas olan qələbə qazanmaqdır”.

Tural Nərimanov klub saytı vasitəsi ilə azarkeşlərə də səslənib: “Gəncədə keçirdiyimiz ev oyunlarında tribunalar demək olar ki, dolu olur. Azarkeşlər bizi lazımınca dəstəkləyirlər. Düşünürəm ki, “İnter”lə oyunda da belə olacaq. “Kəpəz”i görüşün sonuna kimi dəstəkləyəcəklər. Fanatlar komandanı qələbəyə ruhlandırırlar, gücümüzə güc qatırlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail