Premyer Liqanın ən intizamsız klubu açıqlandı

PFL intizamla bağlı yeni statistika yayımladı

05.10.2011 | 5552 dəfə oxunub

Azərbaycan Premyer Liqasının geridə qalan 8 turu ərzində keçirilmiş 47 qarşılaşmada futbolçular 148 sarı və 14 qırmızı vərəqə ilə cəzalandırılıb.

Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, ən çox qayda pozuntusuna yol verən komanda debütant “Rəvan”dır. Vladislav Qədirovun yetirmələri 22 dəfə sarı, 2 dəfə isə qırmızı vərəqə alıblar. Hakimlər hərəyə 21 dəfə “Bakı” və “İnter”in futbolçularına sarı vərəqə, bir dəfə isə qırmızı vərəqə göstəriblər.

Digər komandalarla müqayisədə oyun qaydalarına daha çox “Sumqayıt Şəhər” futbolçuları əməl edib. Sumqayıt təmsilçisinin futbolçuları cəmi 9 dəfə sarı vərəqə ilə cəzalanıblar. 

6-cı turun “Simurq”-“Kəpəz” qarşılaşmasında futbolçulara üç qırmızı vərəqə göstərilib. Aktivində qırmızı vərəqə olmayan klublar isə “Turan” və “Sumqayıt Şəhərdir”. "Bakı" klubunun Syerra-Leonedən olan legioneri İbrahim Karqbo Unibank Premyer Liqasının ən intizamsız futbolçusudur. 4 dəfə sarı vərəqə ilə cəzalanan Karqbo bir dəfə də qırmızı vərəqə alaraq oyunu yarımçıq tərk edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail