"Bəzən istədiyimiz oyunu göstərə bilmirik"

27.11.2015 | 2347 dəfə oxunub

Xəbər verdiyimiz kimi, Ağdamın "Qarabağ" klubu bu gün "Tottenhem"ə 1:0 hesabı ilə uduzdu. Görüşdən sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlər üçün məğlubiyyəti belə şərh edib:

“Futbolçularıma təşəkkür edirəm ki, belə güclü rəqibə qarşı sona kimi mübarizə apardılar. Gördüyünüz kimi, çox çətin komandaya qarşı oynadıq. Azarkeşlərə də təşəkkürümü bildirirəm. Qrupumuz çətin qrup idi. Adlı-sanlı və tarixi komandalardı. Bəzən istədiyimiz oyunu göstərə bilmirik. İldən-ilə təcrübəmiz artır. Hər il güclü komandalarla eyni qrupa düşmək bizim üçün əlavə təcrübədir. Təcrübə qazanmaq üçün belə komandalara qarşı çox oynamalıyıq. Sözün düzü şansımız çox çətindi. Bu oyunda bizim də qol vurmaq üçün şansımız oldu, amma rəqibi məyus edə bilmədik. Məncə, rəqib hesab oyuna görə oldu".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail