Kamal Quliyev Neftçalada döyülüb? Stadium.az-a danışdı

27.11.2015 | 3949 dəfə oxunub

Xəbər verdiyimiz kimi, "Neftçala"nın baş məşqçisi Kamal Quliyevin Neftçalada qusarlı azarkeşlər tərəfindən döyüldüyü məlumatı yayılmışdı. Stadium.az olaraq, hər zaman doğru xəbəri ortaya çıxartdığımız kimi, bu dəfə də məsələnin kökünü öyrənməyə çalışdıq. Sayıtımıza danışan Kamal Quliyev olanları belə şərh etdi:


"Cəzalı olduğum üçün, oyunu azarkeşlərin arasında izləməli oldum. Birinci hissənin ortalarında, bizim "Neftçala"lı azarkeşlərimizdən biri rəqibin oyunçusuna replika atdı. Oyunda olan yerli polis nümayəndələri, bizim azarkeşimizə qarşı, sərt reaksiya verdi. Azarkeşimizi yerli polis idarəsinə aparmaq istədilər. Bu vaxt mən dözmədim, özümü irəli verdim və polislərə azarkeşi buraxıb məni aparmaqlarını istedim. Hətta azarkeşin tutulmamağı üçün, yalana belə əl atdım. Belə ki, polislərə azarkeşi mənim öyrətdiyimi və gunahkar varsa o da mənəm dedim. Məni aparıb, azarkeşi buraxmaların istədim. Əlavə polis qüvvəsi də hadisəyə müdaxilə etdi. Bu anda "Neftçala" rayonunun polis rəisi özü stadiona gəldi. Sağ olsun, hər şeyi yoluna qoydu. Tutulan azarkeşimizi də elə stadionda da sərbəst buraxdı. Bizimlə də bir yerdə, sona qədər futbola baxdı. Bax, hadisə bele olub. Bəzi saytlar,bəzi jurnalistlər bu hadisəyə başqa don geyindirib, başqa cür qələmə veriblər. Onlara sözüm, hansisa xəbəri dəqiqləşdirib sonra yazsinlar. İnsanlarin hisləri ilə oynamaq olmaz".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail