"Bakı" da Əhməd Ələsgərovu təbrik etdi

Klub təcrübəli mütəxəssisə təbriklərini çatdırdı

05.10.2011 | 6345 dəfə oxunub

Bu gün 76 yaşını tamamlayan təcrübəli mütəxəssis Əhməd Ələsgərovu "Bakı" klubu da təbrik edib. Stadium.az xəbər verir ki, klubun rəsmi saytında Ələsgərovla bağlı yazı dərc edilib.

Bu yazını olduğu kimi təqdim edirik:

"Əhməd Ələsgərov 5 oktyabr 1935-ci ildə Bakı şəhərində anadan olub. Bakı Bədən Tərbiyəsi İnstitunu bitirəndən sonra 1955-1965-ci illər ərzində Bakının "Neftyanik" (sonradan "Neftçi") klubunun şərəfini qoruyub. Bu illərdə 115 oyun keçirib və 6 qola imza atıb. 1963-cü ildə fəxri idman ustası adına layiq görülüb.

Əhməd Ələsgərov futbolçu karyerasını başa vurandan sonra futboldan ayrılmayıb və özünü məşqçilik sahəsində sınayıb, Azərbaycan futbol məktəbini SSRİ səviyyəsində təmsil edib. 1966-2006-cı illərə təsadüf edən fəaliyyəti ərzində baş məşqçi kimi fasilələrlə Bakının "Neftçi" (1966-1970, 1980-1982, 1999-2000), Tacikistanın "Pamir" (Düşənbə, 1972), Ukraynanın "Çernomorets" (Odessa, 1973-1977), Naxçıvanın "Araz" (1979), Moldovanın "Nistru" (Kişinyov, 1988-1989), "Şerif" (Tiraspol, 1997-1998) komandalarını çalışdırıb.

Azərbaycan, Moldova, Ukrayna və Tacikistanın əməkdar məşqçisidir.

Əhməd Ələsgərov Bakının 1966-cı ildə "Neftçi" və 1974-cü ildə Ukraynanın "Çernomorets" klubları ilə SSRİ çempionatının bürünc medallarını qazanıb. 1992-1993 və 1998-2000-ci illərdə Azərbaycan milli komandasının sükanı arxasına keçib, milli komandamızın ilk məşqçisi kimi tarixə düşüb.

Əhməd Ələsgərovun Vətəndə son iş yeri "Bakı" futbol klubu olub. 2005-2006-cı illərdə "Bakı" klubuna dəvət alan Əhməd Ələsgərov klubda muşavir və vitse-prezident vəzifələrində çalışıb. Elə həmin mövsüm "Bakı" Azərbaycan çempionu titulunu qazanıb.

"Bakı" futbol klubunun kollektivi korifey məşqçimizi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail