"Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq"

28.11.2015 | 2798 dəfə oxunub

Premyer Liqanın XIV turunda “Xəzər Lənkəran”ı məğlub edən “Zirə” 3-cü pilləyə yüksəldi. 

Stadium.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov bunları dedi: “Oyun istədiyimiz kimi alınmadı. Məğlub olmaq istəməzdik, nəticəyə görə təəssüflənirik. “Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Qarşıdan gələn kubok oyununa kasad heyətlə hazırlaşacağıq. Mən əvəzedici heyətdə 90 dəqiqə meydançada olan futbolçunu bu gün yenə oyuna buraxmaq məcburiyyətində idim.

Artıq Premyer Liqada 14-cü tur geridə qalır. İndiyə kimi hakimlik barədə danışmamışam. Bu gün isə hakimlik xoşuma gəlmədi. Sanki, hakim meydançada özünü itirmişdi. Epizodlar zamanı düzgün qərarlar vermədi, belə olmaz. Hakimlikdən çox narazı qaldım. Elə epizodlar vardı ki, sırf komandanın əleyhinə işlədi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail