"İndidən deyim ki, gedirəm, ya qalıram, bu düzgün olmaz"

30.11.2015 | 2701 dəfə oxunub

"Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının müsahibəsi:

 
- Premyer Liqanın son turunda səfərdə "Zirə"yə minimal fərqlə məğlub oldunuz...
- Bərabər səviyyəli oyun getdi, nə "Zirə", nə də "Xəzər Lənkəran" üstün oynadı. Belə oyunlarda kim bir səhv etsə, o 3 xalı itirmiş olur. Biz adi bir səhv edib öz qapımıza qol vurduq, buna görə də səfərdən xalsız qayıdırıq. Artıq bu younu unudub qarşıdakı matçlar haqda fikirləşməliyik.
 
- Dekabrda bir neçə futbolçu komandadan ayrılacaq. Həmin ayrılanlar arasında Orxan Sadıqlı var?
- Hər şey dekabrın axırında bəlli olacaq. İndidən deyim ki, gedirəm, ya qalıram, bu düzgün olmaz. Hələ ki, “Xəzər Lənkəran”dayam bundan sonrakı 4-5 oyunda əlimizdən gələni edəcəyik. Ondan sonra qərar veriləcək .
 
- Klub rəhbərliyi ilə iclasda sizə nə bildirildi?
- Dünən klubdaxili iclas oldu və bizə deyildi ki, heçnəyi fikirləşməyin. Bunlar oyununuza təsir etməməlidir. Düzdür problemlər var ancaq söz verildi ki, dekabrdan sonra yeni komanda qurulacaq. Super səviyyəli komanda olmasa da orta səviyyəli klub olacaq.
 
- Klub rəhbərliyinin dəyişməsi ilə bağlı mətbuatda bir neçə məlumat yayılıb. Bu barədə nəsə deyildi?
- Yazılanlar haqda klub rəhbərliyindən münasibət öyrənsəniz, daha yaxşı olar. Bu haqda onu deyə bilərəm ki, hazırda bizim klub rəhbərliyimiz dəyişməz olaraq qalır.
 
- 3 gün sonra ölkə kubokunun 1/8 finalında "Kəpəz"i qəbul edəcəksiniz...
- Hər iki komanda növbəti mərhələyə yüksəlmək üçün vuruşacaq. Öz azarkeşlərimizin önündə oynamaq bizim üçün əlavə üstünlükdür. Heyətimizdə bəzi problemlər var, buna baxmayaraq hər kəs meydana çıxıb növbəti mərhələyə yüksəlmək və azarkeşlərimizi sevindirmək üçün son ana qədər vuruşacağıq. sportal.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail