Rednik üçün bir yaxşı, bir pis yubiley

Rumın mütəxəssis üçün əlamətdar tur

06.10.2011 | 6534 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 8-ci turunun "İnter"lə oyunu "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik üçün daha 2 yubileylə əlamətdar olub. Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlardan biri xoş, digəri isə uğursuz yubileydir. 

Ötən ilin yayında klubun "sükanı arxasına" keçən rumıniyalı mütəxəssis bu müddətdə komandanı 40-cı dəfə Premyer Liqa oyununa çıxarıb. Bu matçlarda komanda 22 qələbə qazanıb, 13 heç-heçə edən komanda 51 top vurub 23-nü buraxıb.

"İnter"lə görüşdəki 0:1 hesablı yenilgi isə Premyer Liqada Redniklə alınan 5-ci məğlubiyyət olub. Bunlardan 1-i evdə, 4-ü səfərdə qeydə alınıb.

Mirça Redniklə Premyer Liqadakı məğlubiyyətlər


Mövsüm        Tarix         Tur           Rəqib                Yer          Hesab

2010/11    17.10.2010    9     GƏNCƏ (Gəncə)           s           1:4

2010/11    06.11.2010   12    QƏBƏLƏ (Qəbələ)         s           0:1

2010/11    23.12.2010   19    QARABAĞ (Ağdam)        e           1:2

2010/11    13.03.2011   23    AZAL (Bakı)                   s            0:1

2011/12    30.09.2011    8     İNTER (Bak                   s           0:1

Rednik ötən turda da 2 yubiley qeyd etmişdi. "Xəzər Lənkəran" rumıniyalının rəhbərliyi altında ümumilikdə 25-ci dəfə meydandan qalib ayrılmış, Premyer Liqada 50-ci qolu vurmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail