Anası Cavid Hüseynovdan danışdı: "Çox əsəbi olub"

30.11.2015 | 3195 dəfə oxunub

“Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynovun anası Xalidə Hüseynova ötən həftə oğlu ilə görüşüb. 

Stadium.az xəbər verir ki, bu barədə danışan Xalidə Hüseynova bildirib ki, Cavid saxlanma şəraitindən razıdır: “Hər hansı şikayəti yoxdur. Amma çox əsəbi olub. Bu da yaşadığı mühitlə bağlıdır. Çünki həbsxanaya düşəsi oğul deyildi”.

Səhhətində problem olan və oğlu barədə danışmaqda çətinlik çəkən ana hər kəlmədə Cavidin həbs edildiyi günü yenidən yaşadığını deyib. Xalidə Hüseynova “Həyat yoldaşı, uşaqları Cavidi görə biliblərmi” sualına “xeyr” cavabını verib: “Ola bilsin ki, telefonda danışıblar, amma görüşlərinə mən razı deyiləm. Çünki uşaqlar Cavidi görsələr ayrılmazlar”.

Xalidə Hüseynova məhkəmədən ədalət gözlədiyini deyir: “Ancaq ədalət gözləyir və Allaha sığınıram. 3 aylıq həbsdən sonra vaxtını 1 ay da uzatdılar. İnanıram ki, oğlum azadlığa çıxacaq. Onun təqsirsiz olduğu öz təsdiqini tapacaq. Cavidin günahsız olduğuna və azadlığa çıxacağına inanıram. Ədalətə və göydəki Allaha güvənirik”.

2015-ci il avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. R. Əliyev avqustun 9-da xəstəxanada vəfat edib. Jurnalistin ölümünə görə, Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döylməsində iştirak edən digər 4 nəfər də həbs edilib. Barəsində 3 aylıq həbsqətimkan tədbiri seçilən Cavid Hüseynovun həbs müddəti əlavə olaraq 1 ay da uzadılıb. modern.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail