Klublarımız bahalı futbolçulardan imtina edir- AÇIQLAMA

01.12.2015 | 3307 dəfə oxunub

Əvvəlki mövsümlərə baxanda, bu mövsüm futbol klublarımızda hər mənada geriləmə müşahidə olunur. Maddi sıxıntının olması güclü legionerlərin də ölkəmizə gəlməsini ləngidir və nəticədə çempionatımızın səviyyəsi aşağı düşür. Belə durum eyni zamanda Azərbaycan klublarına futbolçu satan menecerlərin də işinə təsir etməmiş olmaz. Bu məsələ haqqında qısa bir material hazırlamaq qərarına gəldik. Belə ki, son zamanlar Premyer Liqasına legioner satan menecerlərdən biri olan Hamed Dağestani yaranmış vəziyyəti şərh etdi. Əslən azərbaycanlı olan iranlı Dağestani son zamanlardakı futbolçu-klub münasibətini belə izah etdi:

"Bir il bundan öncə Azərbaycan klublarında elə bir maddi sıxınti hiss olunmurdu. Bunu futbolçuların aldığı maaş və bura gələn legionerlərdən bilmək olurdu. Amma hazırkı mövsümün ilk yarısı vəziyyətin dəyişdiyini göstərir. "Simurq", "İnter", "Bakı" və "Xəzər Lənkəran" kimi klubların maddi sıxıntı yaşaması Azərbaycan futboluna fəsadlar törətdi. Həqiqətən də, bu komandalarsız ölkə çempionatı o qədər də maraqlı alınmır. Mən əvvəl sizin klublara təklif etdiyim futbolçuları indi təklif edə bilmirəm. Çünki, hazırda hər klubun səviyyəli legioner almaq iqtidarında olmadığını bilirəm. Bəzi klub rəsmilər bizə sifariş verərkən tapşırır ki, gətirdiyim futbolçunun qiyməti yüksək olmasın. İnanıram ki, yaxın zamanda bu problemlər öz həllini tapacaq və yenidən komandalar əvvəlki gücünü qaytaracaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail