Yunis Hüseynov üçün 200

01.12.2015 | 2647 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XIV turunun “Zirə” ilə oyunu “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynovun 200-cü qarşılaşması olub.

Stadium.az xəbər verir ki, məşqçilik karyerasında 3 klubda çalışan mütəxəssis Premyer Liqa oyunlarında “Karvan”ı 152, “Standard”ı 13, “Xəzər Lənkəran”ı 35 qarşılaşmaya çıxarıb. 

Bu görüşlərdə onun futbolçuları 78 qələbə qazanıb, 52 heç-heçə edib və 70 dəfə uduzub. Onun rəhbərlik etdiyi komandalar 261 qol vurub, 206-nı buraxıb. Hüseynov Azərbaycan çempionatları tarixində 200 və daha çox oyun keçirən 9-cu baş məşqçidir. Onlardan ikisi – mütləq rekordun sahibi Qəhrəman Əliyev (381) və çempionatın ən titullu məşqçisi Ağasəlim Mircavadov (343) 300-ü də arxada qoyub. Kazbek Tuayev, Mehman Allahverdiyev, Əsgər Abdullayev, Vaqif Sadıqov, Qurban Qurbanov, həmçinin legioner məşqçilər arasında rekordçu olan Kaxaber Sxadadze də Premyer Liqada 200-də çox matça “sükan arxasında” olublar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail