939 gündən sonra

01.12.2015 | 2475 dəfə oxunub

“Neftçi” “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub.

Stadium.az xəbər verir ki, ardıcıl 9 qarşılaşmada rəqibini məğlub edə bilməyən “ağ-qaralar” Azərbaycan Premyer Liqasının XIV turunun görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bakılılar sonuncu dəfə 2012/13 mövsümünün IV dövrəsində Ağdam klubuna qalib gəlmişdi. 2013-cü il mayın 4-də səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Neftçi” növbəti uğurunu 939 gün gözləməli olub. Bu müddətdə keçirilən 9 qarşılaşmadan 5-də “Qarabağ” qalib gəlib, 4-də heç-heçə qeydə alınıb. 939 gün əvvəl səfərdə 3 xal əldə edən “Neftçi” “Qarabağ”la oyunlarda son ev qələbəsini 1309 gün əvvəl - 2012-ci il aprelin 29-da qazanmışdı. 2:1 hesablı həmin uğurdan sonra “ağ-qaralar” öz meydanında cəmi 1 xal əldə etmişdi.

Qeyd edək ki, “Neftçi” ilə oyunlarda 3-cü dəfə 9 oyunluq məğlubiyyətsizlik yaşayan “Qarabağ” bu dəfə də uduzmasaydı, bakılıların antirkordu təkrarlanacaqdı. Belə ki, “ağ-qaralar”ın eyni rəqiblə qarşılaşmalardakı ən uzun qələbəsiz oyunlar seriyası 10-a bərabərdir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail