AFFA-dan hakimi təhqir edən baş məşqçiyə sərt cəza

01.12.2015 | 2554 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

 

Stadium.az xəbər verir ki, iclasda I Divizion klubları da cəzalanıb: I Divizionun XI turunun “Neftçala” – “Şahdağ” matçının 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş verdiyi üçün oyun 5 dəqiqə dayandırılıb. "Neftçala" klubunun cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə cəhd edib və nəticəsində "Neftçala" klubunun futbolçuları meydançanı tərk edərək baş vermiş hadisəyə müdaxilə ediblər. Baş vermiş insident sakitləşdikdən sonra oyun bərpa olunub və sonadək oynanılıb.  Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

“Neftçala” klubu meydançanı özbaşına tərk etdyi üçün sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq 1000 manat cərimə olunur.

Meydan sahibi komanda stadionun təhlükəsizliyi lazımı səviyyədə təmin etmədiyi üçün klub 500 manat cərimə olunur.

I divizionun XI turunun “Şərurspor” – “Ağsu” matçının 56-cı dəqiqəsində “Ağsu” klubunun 1 №-li futbolçusu Davud Kərimi sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Oyunun fasiləsi zamanı “Ağsu” klubunun məşqçisi Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyun cəzalanır klub 400 manat cərimə olunur.

I divizionun XI turunun “Bakılı”  – “Mil-Muğan” matçında “Bakılı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur.    

I divizionun XI turunun “Qaradağ Lökbatan” – “Şəmkir” matçının 60-cı dəqiqəsində “Şəmkir” klubunun 22 №-li futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançanı tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə  5 oyun cəzalanır, klub 500 manat cərimə olunur.

I divizionun XI turunun MOİK – “Zaqatala” matçının 85-ci dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Rəşad Hacızadə sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail