UEFA-nın reytinqi: "Qəbələ" 42 pillə irəlilədi

02.12.2015 | 2588 dəfə oxunub

UEFA klubların reytinq cədvəlini açıqlayıb.

Stadium.az xəbər verir ki, bundan öncəki cədvəllə müqayisədə ən böyük yüksəlişə "Qəbələ" nail olub. Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən "qırmızı-qaralar" 42 pillə irəliləyərək 294-cü yerdən 252-ci yerə yüksəlib.

Qrup mərhələsinin 5-ci turunda səfərdə PAOK-la qolsuz bərabərə qalan Roman Qriqorçukun yetirmələrinin aktivində 5,2250 xal var. Avroliqada digər təmsilçimiz olan "Qarabağ" isə 13,4750 xalla 128-ci pillədə qərarlaşıb. Ötən cədvələ nisbətən ağdamlılar 1 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 153.371 xalla İspaniya "Real”ı başçılıq edir. İkinci pillədə isə Almaniya "Bavariya"sıdı. Münhenlilərin aktivində 144.521 xal var. İlk üçlüyü isə 143.371 xalla "Barselona" qapayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail