Neman Məmmədov: "Yevlaxa qələbə qazanmaq üçün gedirik"

"Lokomotiv" qələbə əzmindədir

06.10.2011 | 5050 dəfə oxunub

Futbol üzrə Azərbaycan I Divizionunda 5-ci turun mərkəzi oyunu Yevlaxda keçiriləcək. Stadium.az xəbər verir ki, indiyədək keçirdikləri bütün oyunlarda qalib gələn iki komandadan "Karvan" paytaxtın "Lokomotiv" klubunu qəbul edəcək. "Lokomotiv" rəqibinə nisbətdə bir oyun az keçirib. 

"Lokomotiv" klubunun icraçı direktoru Neman Məmmədov "Karvan"la səfər oyununa ciddi hazırlaşdıqlarını bildirib: "Yevlaxdakı qarşılaşmaya ciddi hazırlaşırıq. Komandamızda bəzi zədəli futbolçular olsa da, əhval-ruhiyyə yüksəkdir. "Karvan"ın heyətində kifayət qədər təcrübəli futbolçular var. Rəqibimiz hazırda turnir cədvəlinin lideridir. Ancaq buna baxmayaraq, biz Yevlaxa qələbə qazanmaq üçün gedirik.

Səfərdən bir xal ilə dönsək, bunu da uğur hesab edəcəyik. Heç bir rəqibə zəif yanaşmaq olmaz. Keçirdiyimiz hər üç oyunda qalib gəlsək də, rəqiblərimizin yüksək əzmkarlığı ilə qarşılaşmışıq. Çempionatda zəif komanda yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail