"Neftçi"nin məşqçisi "Bazel"in düşərgəsinə gedir

Mehmet Ak İstanbul və Ankarada keçiriləcək seminara qatılacaq

06.10.2011 | 4092 dəfə oxunub

Uşaq və gənclər futbolunun inkişafı hər zaman "Neftçi" rəhbərliyinin diqqətində olub və klub prezidenti Sadıq Sadıqovun birbaşa tapşırığı ilə prioritet məsələlərdən birinə çevrilib.

Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda "ağ-qaralar"ın 50-yə yaxın gənc və yeniyetmə futbolçusu Azərbaycanın yığma komandasının mütxəlif yaş qruplarında çıxış edir.

"Neftçi"də uşaq və gənclər futbolunun inkişafının daha da sürətlənməsini təmin etmək üçün proqramlar hazırlanıb, layihələr gerçəkləşdirilir. Bununla bağlı "Neftçi"nin məşqçisi Mehmet Ak oktyabrın 6-dan 13-dək Türkiyənin İstanbul və Ankara şəhərində keçiriləcək seminara qatılacaq. 

Daha sonra türkiyəli məşqçi klub rəhbərinin göstərişi ilə oktyabrın 13-də Avropaya səfər edəcək. Orada Avstriyanın "Rapid", "Zalsburq", İsveçrənin "Bazel" və Hollandiyanın "Utrext" klublarının düşərgəsində olacaq və bu ölkələrin uşaq-gənclər futbolunun inkişafı ilə yaxından tanış olacaq. Mehmet Ak bu səfərin nəticəsi olaraq, hazırlıq proqramları və təkliflərini hazırlayıb, klub rəhbərliyinə təqdim edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail