Qəbələ şəhər stadionunda qar- FOTO

03.12.2015 | 3628 dəfə oxunub

Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində hazırda davam edən "Qəbələ" - "Mil-Muğan" matçının keçirildiyi Qəbələ şəhər stadionu qarla örtülüb.

Stadium.az xəbər verir ki, oyunun startında şəhərdə duman müşahidə olunsa da, ilk hissənin sonlarına doğru qar yağışı gücünü artırıb.

Komandalar fasiləyə yollandıqda artıq stadionun ot örtüyünü qarla əhatə olunub. Hazırkı hava şəraiti futbol oynamaq üçün əlverişli olmasa da, matç davam etdirilir.

Qeyd edək ki, 58 dəqiqəyə 6 qol vuran "Qəbələ" rəqibini 6:0 hesabı ilə məğlub edir.

Xatırladaq ki, daha öncə Qəbələ şəhər stadionunda Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "Kəpəz" oyunu qatı duman olması səbəbindən təxirə salınıb. Həmin matç bir gün sonra qaldığı dəqiqədən oynanılıb. Görüş "Qəbələ"nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail