"Qəbələ"nin Antalya planı

04.12.2015 | 2448 dəfə oxunub

"Qəbələ"nin qış hazırlıq planları müəyyənləşib.

“Qırmızı-qaralar” həmişə olduğu kimi, qış fasiləsində Türkyənin Antalya bölgəsində təlim-məşq toplanışında olacaq. Gələn il yanvarın 10-da başlayacaq hazırlıq 27-dək davam edəcək. Qış hazırlığı üçün 2012-ci ildən bu yana Antalyanın Belek bölgəsində yerləşən “Gloria Serenity” otelini məskən seçən “Qəbələ” bu dəfə də həmin məkana üz tutacaq.
 
Komanda yanvarın 10-da həmin məkanda yığışacaq. Heyətin əcnəbi üzvləri Türkiyəyə birbaşa öz vətənlərindən gələcəklər. Yerli futbolçular isə köməkçi məşqçi Sənan Qurbanovun rəhbərliyi ilə Antalyaya Bakıdan yollanacaqlar.
 
17 günlük qış hazırlığı dövründə “Qəbələ”nin 4-5 yoxlama oyunu keçirəcəyi nəzərdə tutulub. Rəqiblər arasında Ukrayna, Bolqarıstan klublarının olacağı gözlənilir. Matçların tarixləri və rəqiblərin adları dəqiqləşdikdən sonra açıqlanacaq.
 
Roman Qriqorçukun komandası yanvarın 27-də Vətənə dönərək hazırlığın son günlərini burada keçirəcəklər. Komanda III dövrəyə yanvarın 30-da “Kəpəz”lə səfər oyunu ilə start verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail