"Qarabağ"ın 75-ci qələbəsi

04.12.2015 | 2945 dəfə oxunub

Azərbaycan kubokunun 1/8 final mərhələsinin qarşılaşmaları 4 klub üçün əlamətdar olub. Onlardan ikisi yubiley, biri ən böyükhesablı qələbəsini qazanıbsa, digəri hər iki göstəricidə fərqlənib. 1/8 finalda qalib gələn komandalardan 4-ü yubiley qələbəsini qazanıb.

 

Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Şəmkir”i 2:0 hesabı ilə məğlub edən “Qarabağ” ölkə kubokunda 75-ci dəfə qalib gəlib. Buna 124-cü matçında nail olan Ağdam təmsilçisi bu yarışda qazanılan qələbə sayında yalnız “Neftçi”dən geri qalır. Bakılıların 83 uğuru var.

 

“İnter” bu göstəricidə 40-a çatıb. Bakılılar “Turan Tovuz”u səfərdə 3:1 hesabı ilə məğlub edib. Paytaxt təmsilçisi buna 67-ci matçında nail olub.         “İnter” 40 və daha çox qələbə qazanan 5 komandadan biridir. “Mil-Muğan”ı 7 cavabsız qolla keçən “Qəbələ” isə 20-ci kubok qələbəsini əldə edib. Əyalət klubu 43-cü görüşdə yubiley qeyd edib.

 

“Neftçi” və “Qəbələ” klub tarixinin kubokdakı ən böyükhesablı qələbəsini qazanıb. Sonuncuların əvvəlki rekordu 2006-cı ildə qeydə alınmışdı. Həmin vaxt Quba “Şahdağ”ını 6:0 hesabı ilə məğlub edən Qəbələlilər “Mil-Muğan”la qarşılaşmada 1 top artıq vurmağa nail olub. 2007-ci ildə Qusar “Şahdağ”ını 7:0 hesabı ilə yenən “Neftçi” “Qaradağ Lökbatan”ı 8 cavabsız qolla keçib. Bu nəticələr məğlub olan komandalar üçün də kubokdakı ən ağır yenilgi olub.

 

Ümumiyyətlə isə ölkə kubokunun 23 illik tarixində 20-ci dəfə bir komanda 8 və daha çox top fərqi ilə qalib gəlib. “Bakı” hamıdan çox - 4, “Şəfa”yla “Kəpəz” hərəyə 3, “Xəzər Lənkəran”la “Kür” hərəyə 2, “Qarabağ”, “Qarabağ-2”, “Ümid” (Cəlilabad), “Kürmük”, “Simurq” və “Neftçi” 1 dəfə belə qələbə qazanıb. Ölkə kubokunun ən böyük hesabı “Şəfa”nın hesabındadır. 1997-ci ildə HHQ İK, 2003-cü ildə “Lider Qarabağ”la matçların hər ikisində bakılılar 14 cavabsız qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail