Floresku "Qəbələ"də 182-ci oldu

04.12.2015 | 2738 dəfə oxunub

George Floresku "Qəbələ"nin heyətində Azərbaycan Premyer Liqasında debüt edib.


Stadium.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi XIII turda “Sumqayıt”la səfər matçında start heyətində meydana çıxıb. Floresku bunadək “qırmızı-qara” formada Avropa Liqasında təsnifat mərhələsinin 3 matçında, habelə, əvəzedici heyətdə oyunlara çıxıb.

O, komandanın heyətində milli çempionatımızda çıxış edən 182-ci futbolçu kimi tarixə düşüb. Maraqlıdır ki, yerlilər və legionerlərin sayında mütənasiblik eynidir – 91. “Qəbələ”də 2 futbolçu Premyer Liqada 100 oyun səddini keçə bilib. Bunlar legionerlər – braziliyalı kapitan Luis Hilario Dodoyla (122) seneqallı sabiq hücumçu Viktor Mendidir (112).

George komandanın 11 illik tarixində 7-ci rumıniyalı futbolçudur. Bu ölkədən ilk legioneryarımmüdafiəçi Marius Humenike olub. Ondan sonra müdafiəçilər Razvan Tarlea ilə Kristian Pulhak “qırmızı-qara” formada oynayıb. Ötən mövsüm isə müdafiəçi Aleksandr Benqa, yarımmüdafəçi Adrian Ropotan və hücumçu Andrey Kristea “Qəbələ”də çıxış edib. Onları gətirən baş məşqçi Dorinel Muntyanu isə klubun tarixində ilk və yeganə rumıniyalı çalışdırıcıdır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail