Nikolov:"Yanvarın sonuna kimi borcları ödəsək.."

04.12.2015 | 2478 dəfə oxunub

"İnter"in prezidenti Georgi Nikolovun müsahibəsi

- "İnter" Azərbaycan Kubokunun 1/8 finalında "Turan Tovuz"a qalib gələrək növbəti mərhələyə adladı. Həmin oyunla bağlı fikirlərinizi bilmək istəyərdik...
- Mən Tovuza gedə bilməmişdim. Amma həmin görüşdən hazırlanmış reportaja baxdım. Rəqib bizim komandaya baxanda yaxşı təsir bağışlayıb. Meydan sahibləri qol vurdular, başqa imkanları da var idi. Ona görə də qələbə asan başa gəlmədi.

- Bu mövsüm "İnter"in qarşısına hansı hədəf qoyulub?
- Kubokda nə qədər irəli gedə bilsək, bir o qədər yaxşıdır. Qarşıda "Rəvan"la oyunumuz var. Amma həmin oyun mart ayında baş tutacaq. Hələ o vaxta qədər nəyin necə olacağını bilmirəm. Minimum yarımfinala qədər irəliləmək istəyirik.

- Yarımfinala çıxmaq sizə nə verəcək ki?
- Belə bir turnirdə qələbə qazanmaq həmişə arzulanan nəticədir. Ümid edirəm ki, finala da yüksələrik. Amma hamıya yaxşı məlumdur ki, Azərbaycan Kuboku bizim turnir deyil. Bu turnirdə həmişə bəxtimiz gətirmir.

- Maliyyə vəziyyətiniz nə yerdədir?
- Sponsorlar verdikləri sözlərə əməl edirlər. Maaşlar vaxtında ödənilir. Futbolçuların maaşlarının verilmədiyi barədə yayılan xəbərlər isə həqiqəti əks etdirmir.

- Bəs niyə yerli futbolçular tez-tez bu barədə narazılıqlarını dilə gətirirlər? Bəzən hətta sizi günahlandırırlar...
- Narazı insanlar həmişə tapılır. Futbolçularla mətbuat vasitəsilə mübahisə etmək istəmirəm. Mümkündür ki, onların ötən mövsümdən qalan borcları var. Hələ ki, bu barədə heç bir irəliləyiş yoxdur.

- Bəlkə onlar avrokubokdakı uğurlara görə mükafat gözləyirlər?
- Bu mövsüm bizdə mükafat nəzərdə tutulmayıb.

- Qış fasiləsi üçün hansı planlarınız var?
- Hələ ki, planımız yoxdur. Tamamilə mümkündür ki, xaricə təlim-məşq toplanışına getməyək.

- UEFA-nın klubunuzla bağlı araşdırmalara başlaması barədə nə deyə bilərsiniz?
- Bizə yanvar ayının sonuna kimi vaxt veriblər ki, bütün maliyyə məsələlərini yoluna qoyaq. Borcları vaxtında ödəsək, heç bir sanksiya tətbiq olunmayacaq. Əks halda, bu qədər çətinliklə qazandığımız məbləği əldən verməyimiz çox üzücü olacaq.

- Qarşıda sizi "Qarabağ"la Premyer Liqa matçı gözləyir...
- Nə deyəcəyimi bilmirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Müsbət nəticə qazanmaq istəyirik. Belə güclü rəqibə qalib gəlmək çox yaxşı olardı. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail