"Premyer Liqa klubları içində FİFA-ya şikayət olunmayan yoxdur"

05.12.2015 | 2250 dəfə oxunub

"Bakı"nın icraçı direktoru Yaşar Seyidov xorvatiyalı müdafiəçi Duje Bakoviçin onlardan FİFA-ya şikayət ünvanlamasına münasibət bildirib. Stadium.az xəbər verir ki, açıqlamasında o, bunları söyləyib:

"Onun FİFA-ya şikayət etdiyini bilirik. Biz də öz mövqeyimizi dünya futbol qurumuna bildirmişik. Cavab gözləyirik. Bu problemi yoluna qoymağa çalışırıq. Bakoviç bizdən şikayət edən ilk futbolçu deyil. Onlar sadəcə, müqavilədə olan problemlərdən istifadə edirlər.

Premyer Liqamızda FİFA-ya şikayət olunan klub yoxdur. Problem ondadır ki, bu, bütün klublarımıza aiddir. Çünki biz müqavilə bağlayarkən Türkiyə təcrübəsindən istifadə etmirik. Məsələn, futbolçu ilə 100 000 dollarlıq müqavilə imzalanırsa, onun 30 faizini alır, qalanını isə keçirdiyi oyun sayına görə qazanmalıdır. Yəni mövsüm ərzində 36 oyun keçirirsə, məbləği də iştirak etdiyi oyunlara uyğun olmalıdır. Amma fərqli müqavilə ilə oynayan futbolçular meydana çıxdı, çıxmadı, böyük pullar qazanır. Bu təcrübədən hətta Madrid "Atletiko"su da yararlanır. Mən Klublar Komitəsinin ötən mövsüm baş tutan iclaslarının birində bu məsələni qaldırmışdım". Azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail