Lənkəranlı futbolçular hakimdən narazı qaldı- AÇIQLAMALAR

06.12.2015 | 3373 dəfə oxunub

Bu gün Premyer Liqanın XV turu çərçivəsində "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib.

Stadium.az xəbər verir ki, cənub klubu bu oyuna Rahid Əmirquliyev və Turla Cəlilovdan başqa, bütün futbolçuları akademiyadan əsas heyətə cəlb etmişdi. "Qəbələ"nin güclü legionerlərdən təşkil olunmasına baxmayaraq, Lənkəran gəncləri 90 dəqiqə rəqibi təzyiq altında saxladı. Oyunun əsas müzakirə mövzusu isə hakim idarəçiliyi oldu. Baxmayaraq ki, matça 6 hakim nəzarət edirdi, amma qərarlar heç də düzgün olmadı. Belə ki, "Qəbələ"nin qapısına təyin olunmalı olan iki penaltiyə hakim tərəfindən göz yumuldu. Oyundan sonra cənub təmsilçisinin fikirlərini öyrəndik. Futbolçuların dediklərini sizə təqdim edirik:

Orxan Sadiqli ("Xəzər Lənkəran"ın qapıçısı): "Bilirdik "Qəbələ" ilə oyun çətin alınacaq. Çünki, rəqibin heyətində yetərincə səviyyəli futbolçular var. Amma komandamız heç də məğlubiyyət haqqında düşünmürdü. İlk oyunumuzda böyük hesabla məğlub olmağımız bizdə daha da həvəs yaratmışdı. Hakim də bəzi anlarda bizim əlehimizə qərarlar qəbul etdi. Düşünürəm ki, penalti epizotunu düzgün qiymətləndirsəydi hakim, o zaman fərqli nəticə qeydə alınardı".

Mahsum Qənbərli ("Xəzər Lənkəran"ın müdafiəçisi): "Hakimin idarəçiliyindən razı qalmadım. Yüz faizlik penaltimizi vermədi. İlk hissədə mənim oyunumda həyəcan hiss olunurdu. Bu da təbii idi. Çünki, azarkeşlərimiz qarşısında diqqətli və məsuliyyətli olmalı idik. Amma sonrada həyəcanı geridə qoya bildik. Düşünürəm ki, biz "Qəbələ"dən heç də zəif oynamadıq, sadəcə bəxtsizliyə görə uduzduq. Belə gənc futbolçularla "Qəbələ" kimi komandaya qarşı oynamaq və heç də zəif çıxış etməmək sevindiricidir".

Kamran Abdullazadə("Xəzər Lənkəran"ın yarımmüdafiəçisi):"Yunis Hüseynov bizə bildirmişdi ki, rəqibə qarşı var gücümüzlə oynayaq və ilk oyundakı məğlubiyyətin əvəzini çıxaq. Uşaqlar da həvəsli idilər. Amma istəyimizə çata bilmədik. Oyunu başa-baş apardıq və hətta üstün də olduq çox epizotlarda. Amma hakimin qərarları bizi bir qədər geri saldı. Yüz faizlik penaltinin verilməməsi komandaya bir qədər pis təsir etdi. Əgər o penalti verilsəydi, hesab tamam başqa ola bilərdi".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail