Gənc "Xəzər Lənkəran"lı: "Bəxt bizdən üz döndərdi"

07.12.2015 | 3025 dəfə oxunub

Premyer Liqa çərçivəsində baş tutan "Xəzər Lənkəran" bu gün öz meydanında "Qəbələ"ni qəbul etdi. Gərgin mübarizə şəraitində keçən görüşdə qonaqlar sevinən tərəf oldu-0:1. Stadium.az xəbər verir ki, "Qəbələ" bu oyunda 3 xal qazansa da, cənublular heç də məğlubiyyətə layiq oyun göstərmədi. Belə ki, matçın hakimlər briqadası "Xəzər Lənkəran"ın 2 penaltisini qeydə almadı. Bu görüşdə heç şübhəsiz əsas qəhrəmanlar meydanda olan cənublu gənc futbolçular idi. "Qəbələ"nin adlı-sanlı legionerlərindən üstün olan futbolçular yerli azarkeşlərin də alqışlarını qazana bildi.

Stadium.az olaraq, "Xəzər Lənkəran"ın meydanda olan ən fəal futbolçulardan biri Fərid Əsədli ilə əlaqə saxlayıb, matç haqqında fikirlərini öyrəndik:

"Avropa Liqasında çıxış edən komandaya qarşı üstün oyun göstərdik. Rəqibdən üstün tərəf olduq deyə bilərəm. Çünki, onlardan daha çox qol imkanı yaratdıq və topa nəzarət də bizdə oldu. Hakim "Qəbələ"nin qapısına təyin olunmalı olan penaltini qeydə almadı. Düşünürəm ki həmin yerdə əllə oyun var idi. Əslinqə qalsa, biz bugünkü matçın ağır keçəcəyini bilirdik. Çünki, rəqib də Premyer Liqanın son turlarında xallar itirmişdi və bizim də onlardan böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq niyyətimiz var idi. Amma nə etmək olar kı, bəxt bizdən üz döndərdi. Amma mən hesab edirəm ki, gənclərlə belə bir komandaya qarşı üstün oynamaq özü də bir qalibiyyətdir. Bu gün eyni zamanda mən start heyətdə olacağımı düşünürdüm, amma sonradan meydana daxil oldum. Amma ne etmək olar kı, belə qərarları baş məşqçimiz verir. Və mənim də əsas işim məşqlərimi edib, Yunis müəllimin qərarını gözləməkdir".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail