“Xəzər Lənkəran” milliyə ən çox gənc futbolçu verən klubdur"

07.12.2015 | 2781 dəfə oxunub

Son günlər "Xəzər Lənkəran"dan ayrılan legionerləri və dövrənin sonunda digər təcrübəli futboluların da gedəcəyini nəzərə alsaq, komandada futbolçu problemi yaşanacağını düşünmək olar. Klubun akademiyasında olan gənc futbolçular nə qədər əzmkar olsalar belə, təcrübəli futbolçuların olması vacib məsələdir. Stadium.az xəbər verir ki, “Xəzər-Lənkəran”  klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bu məsələ haqqında danışıb. Klub rəsmisinin dediklərini sizə təqdim edirik:

"Artıq təcrübəli futbolçuların bir çoxu ilə yollar ayrılıb. Onların yerini gənc futbolçularımız tutacaq və tutur. “Xəzər Lənkəran” Azərbaycan millisinə ən çox gənc futbolçu verən klubdur. Klubun nailiyyəti həm də bununla ölçülür. On il ard-arda çempion ola bilərsən, amma bir də ölkə futboluna verilən xeyir olmalı, xidmət olmalıdır. Vaxt vardı ölkənin ən sanballı futbolçusu bizim klubda aylarla ehtiyatda qalmağa belə razı idi. Təki “Xəzər Lənkəran” olsun. Ən bahalı futbolçuları, məşqçiləri ölkəyə “Xəzər Lənkəran” gətirib. Onda ictimaiyyət deyirdi ki, nə olsun? Əsas odur öz yetirməsi yoxdur. İndi isə bu mövzuda bizimlə bəhsə girəcək klub yoxdur. Buna sevinirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail