"Avropa Liqasını yaxşı notlarda bitirmək istəyirik"

08.12.2015 | 3770 dəfə oxunub

“Xəzər Lənkəran” gənclərdən təşkil olunsa da, yaxşı futbol sərgiləyirlər. Bu komandanın futbolçuları istəklidirlər, mübarizə aparırlar, yaxşı oynayırlar. Bütün bunlara baxmayaraq, qələbə qazandıq. Əsas da bu 3 xalı qazanmaq idi. Bu da sevindiricidir". 

Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Rəşad Sadiqov klubun rəsmi saytına açıqlamasında deyib. 

Azərbaycan Premyer Liqasının 15-ci turunda "Xəzər Lənkəran"a 1:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışan R.Sadiqov bunları deyib: "Birinci dövrədə öz meydanımızda oynamışdıqsa, bu dəfə səfərdə qarşılaşdıq. “Xəzər Lənkəran” isə evdə istənilən rəqibə qarşı yaxşı oynayır, müqavimət göstərir. Bizə qarşı da yaxşı çıxış etsələr də, istəyimizə çatıb, qələbə qazandıq. Təcrübə sayəsində bu çətin qarşılaşmada qalib gəldik. Bundan əvvəlki matçlarda da yaxşı oynasaq da, qələbə qazana bilməmişdik. “Sumqayıt”la qarşılaşmanı nəzərə almasaq, bütün görüşlərdə daha yaxşı oynayırdıq. Lakin 90 dəqiqə üstünlüyə sahib olsaq da, bəxtimiz gətirmirdi. Bu qələbədən sonra hər şey qaydasına düşəcək və çıxışımızı uğurlu seriya ilə davam etdirəcəyik”.

“Qəbələ” bu həftə iki vacib oyun keçirəcək. Dekabrın 10-da UEFA Avropa Liqasının qrup mərhələsinin son turunda Rusiya “Krasnodar”ını qəbul edəcək komanda 3 gün sonra Azərbaycan Premyer Liqasında “Neftçi” ilə üz-üzə gələcək. Hər iki matçın çətin və vacib olduğunu qeyd edən Sadiqov ilk növbədə qarşıdakı matça kökləndiklərini bildirib: 

“Qrupda üçüncü yerdən əvvəl qələbəni düşünürük. Neçənci yeri tutacağımızı fikirləşmirik. Əsas oyuna çıxıb, “Krasnodar”a qalib gəlməkdir. UEFA Avropa Liqasını yaxşı notlarda bitirmək istəyirik. Əlimizdən gələni edəcəyik ki, həm “Qəbələ”, həm də Azərbaycan xalqı üçün qələbə qazanaq. “Neftçi” ilə oyun da ağır və gərgin olacaq. Bu rəqib də yaxşı oynayır. Lakin hələ bu haqda düşünmürük. Bütün fikrimiz “Krasnodar”la matçla bağlıdır. Rusiya təmsilçisini də, hər bir komandanı da məğlub etmək mümkündür. Biz istəkliyik və qələbəyə köklənmişik. Qalib gəlməyə çalışacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail