Elnur Məmmədov: "Neftçi"nin yeni bazası klubun 80 illiyində istismara veriləcək"

08.12.2015 | 2975 dəfə oxunub

"Neftçi"nin icraçı direktoru Elnur Məmmədovun müsahibəsi

- İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda işlərə yenidən start verilib. Öncə oradakı işlər barədə məlumat verməyinizi istəyərdik...
- Hazırda arenada söküntü işləri aparılır. Ondan sonra bazanın tikintisinə start veriləcək. Mart ayının sonu - aprelin əvvəlində üç təbii örtüklü meydançanın istismara verilməsi nəzərdə tutulub.

- Bazanın ərazisində nələrin olacağı artıq bəllidir?
Binanın eskizi üzərində işlər gedir. Komandanın üzvləri məhz bazada qalacaqlar. Yerli və əcnəbi mütəxəssislərlə birgə çalışırıq. Həmçinin bazanın ərazisində reabilitasiya mərkəzi inşa etdirməyi də düşünürük. Həmin mərkəz beynəlxalq standartlara cavab verməlidir.

- Bəs yeni arena?
- "Neftçi" "Bakcell Arena"da oynamağa davam edəcək. Buranı isə klubumuzun bütün komandaları üçün böyük bir bazaya çevirəcəyik. Məsələn, hazırda komandalarımız şəhərin beş müxtəlif məkanında məşq edir. Amma həm əsas komandamız, həm də uşaq futbol məktəbimiz hamısı bazamızda yerləşdiriləcək, burada məşq edəcəklər.

- Baza istismara nə vaxt veriləcək?
- Klubun 80 illiyində, yəni 2017-ci ildə.

- Komandanızın son dövrlərdəki çıxışını necə qiymətləndirə bilərsiniz?
- Gənc uşaqları sabit oyun sərgiləməyə, nəticələr qazanmağa başlaması sevindirir. Amma bu, hələ başlanğıcdır. Görüləsi çox iş var. Bir neçə uğurlu oyundan  sonra qiymət verməyə tələsmək lazım deyil. Avropa səviyyəli komanda qurmaq üçün çox iş görmək lazımdır.

- Əsgər Abdullayev nəticə verirsə, onu başqası ilə əvəz etmək nə dərəcədə doğru addımdır?
- Abdullayev "Neftçi"nin çətin dönəmində komandaya kömək etməyə qərar verdi. O, bu klubda futbolçu kimi də çıxış edib. Klubdakı vəziyyətdən yaxşı xəbərdar olduğuna görə, komandaya tez uyğunlaşdı. Amma eyni zamanda Müşahidə Şurası bizə yeni baş məşqçi tapmaq tapşırığı verib. Yeni baş məşqçi Pro kateqoriyasına malik olmalıdır.

- Yeni baş məşqçi ilə bağlı daha hansı tələbləriniz var?
- Əsas təcrübəsinin, yerli futbolçularla işləmək bacarığına malik olmasıdır. Bizə həm də "Neftçi"ni Çempionlar Liqasının qrup mərhələsinə çıxara biləcək məşqçi lazımdır. Klubumuz qarşıdakı üç il içində belə bir uğura imza atmağı hədəfləyib.

- Bu ilin son üç oyununda komandadan nə gözləyirsiniz?
- Bizi Qəbələ və Gəncəyə çətin səfər, eləcə də AZAL-la ev oyunu gözləyir. Mövsümün əvvəlində xeyli xal itirmişik. İndi isə itirilmiş xalları geri qaytarmaq lazımdır. Klub rəhbərliyi isə artıq indidən Türkiyə toplanışının hazırlığını həyata keçirir. azerisport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail