"Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb"

09.12.2015 | 2770 dəfə oxunub

Premyer Liqanın XV turunda keçirilən və 2:2 hesablı bərabərliklə nəticələnən “Sumqayıt” - “Kəpəz” oyunu maraqlı epizodla yadda qalan oldu. Matçın 2-ci dəqiqəsində “sarı-göylər”in üzvü Şəhriyar Əliyev rəqib qapısı önündə qarışıqlıq zamanı eyni epizodda iki dəfə topu tirə vurdu.
 
Stadium.az xəbər verir ki, standart vəziyyətlərdə hücuma atılan müdafiəçi klubun rəsmi saytına açıqlamasında həmin epizoda şərh verib:
 
“Karyeramda birinci dəfə idi ki, bir epizodda ardıcıl olaraq iki dəfə zərbəm tirə dəydi (gülür). Özüm də şokdayam, artıq neçə oyundur ki, zərbələrim dirəyə və ya tirə tuş gəlir, qapıya düşmür. Bundan öncə AZAL və “İnter” ilə oyunlarda belə şansızlıq yaşamışdım. Sonuncu dəfə “Sumqayıt”a qarşı görüşdə eyni hal təkrarlandı. Sadəcə, bəxt imkan vermir qol vurmağıma. İnşallah, “Rəvan”la oyunda meydana çıxsam, bunların əvəzini çıxmağa çalışacağam. Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail