“Anderlext” – “Qarabağ” matçında qadağalar

09.12.2015 | 2690 dəfə oxunub

Avropa Liqasında qrup mərhələsinin son turunda Belçika "Anderlext"inin "Qarabağ"la keçirəcəyi qarşılaşmada təhlükəsizlik tədbirləri gücləndiriləcək.


Stadium.az xəbər verir ki, yeni yanaşma stadiondakı bütün şəxslərə tətbiq olunacaq. Bel çantası, çantalar və plastik qabların içəri keçirilməsinə icazə verilməyəcək. Hər bir şəxsin üst-başı yoxlanılacaq. Tribunalarda öz yerlərini vaxtında tuta bilmələrindən ötrü "Anderlext" rəhbərliyi azarkeşləri stadiona daha erkən gəlməyə çağırıb.

Petard və digər belə qurğulardan istifadə lüzumsuz panikaya səbəb ola bilər. Bu səbəbdən, belə hərəkətə yol verənlərə ən ciddi cəzalar tətbiq olunacaq. Bu qadağaya riayət olunmasına nəzarət ediləcək. Azarkeşlərdən hətta fasilə vaxtı stadiondakı yerlərində qalmaları xahiş olunub.

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail