"Qol vurmaq mütləqdir" – Qurban Qurbanov

09.12.2015 | 3024 dəfə oxunub

"Bu il qrupda son oyunumuzdur. Oyunun mahiyyətini bilirik. Uğurlu nəticə əldə etmək istəyiriksə, bizi qələbə qane edir. Başqa çıxış yolumuz yoxdur. Ancaq qalib gəlməliyik".

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Anderlext"lə matç öncəsi keçirilən mətbuat konfransında deyib.

"Çətin olmağına baxmayaraq, komandanı oyuna tam hazır etmişik. Hər bir futbolçu meydanda sonadək mübarizə aparacaq. Çünki bu oyunda bizi bir nəticə qane edir. Hər bir futbolçu məsuliyyətini dərk edir. Rəqib evdə və ya səfərdə oynamasından asılı olmayaraq, aqressiv oyun nümayiş etdirir. Əgər qismətimizdə varsa, sabah qalib gələcəyik. Bizim itirəcək heçnəyimiz yoxdur".

Daha sonra Q.Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

- "Qarabağ" bütün qrup oyunlarında yaxşı müdafiə oynayıb. Ancaq sabah "Qarabağ"a qol lazımdır. Bu səbəbdən taktiki dəyişiklik gözlənilirmi?

- Dəyişiklik hər oyunda olur. Hər bir komandaya qarşı düzgün müdafiə olunmasan, problem yarana bilər. Biz buna hazırıq. Lazım olanda müdafiədə, lazım olanda hücumda olacağıq. Qalib gəlmək istəyiriksə, qol vurmaq mütləqdir.

-Üstünlük "Anderlext" tərəfdədir. Sabah inşallah çalışacağıq ki, ən azından azarkeşlərimiz oyunumuzdan razı qalsın. Zədəli oyunçularımızın kimlər olduğunu bilirsiniz.Təbii ki belə olanda heyət seçimində müəyyən çətinliklər olur.

-"Qarabağ" həmişə ümidini son mərhələyə saxlayıb. Necə etmək lazımdır ki, "Qarabağ" daha yuxarı mərhələlərə qalxsın? Bəlkə 3-4 peşəkar oyunçu almaq lazımdır?


- Real baxsaq, futbolun gözəlliyi ondadır ki , hər uğurlu nəticə son qalır. Keçən il belə hal baş vermişdi. Amma "İnter"ə vurduğumuz qol sayılmadı. Sayılsaydı, növbəti mərhələyə keçəcəkdik. Amma 3-4 oyunçu alsaq, bu o demək deyil ki, növbəti mərhələlərə keçəcəyik, daha yaxşı nəticələr qazanacağıq. Az müddətdir ki, Avropa arenasına çıxmışıq. Hələ görüləsi işlər çoxdur. Qismətimizdə varsa, sabah biz mərhələni keçəcəyik.

Komandada əhval-ruhiyyə nə yerdədir? Futbolçularda qələbəyə inam necədir? Rəqibdə də itkilər var. Bu, bizim köməyimizə gələ bilərmi?

- "Anderlext"i tanıyırıq.  Bu futbol klubunun strukturunu bilirik.  "Anderlext" üçün bir neçə futbolçunun oynamaması problem deyil. İtkilər daha çox bizdədir. Komanda ab-hava yaxşıdır. Hamı bilir ki, son şansımızdır. Onları heç motivasiya etmək də lazım deyil. Futbolçuların hər biri öz məsuliyyətini dərk edir. qol.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail