"Bizi çox ciddi oyun gözləyir"

09.12.2015 | 3731 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində sabah Bakıda “Qəbələ”nin qonağı olacaq “Krasnodar”ın baş məşqçisi Oleq Kononov mətbuat konfransı keçirib.

Stadium.az xəbər verir ki, Rusiya təmsilçisinin çalışdırıcısı paytaxtımıza qrup qalibi olmaq üçün gəldiklərini bildirib.



- Sabah əsas heyətə güvənəcəksinizmi?

- Əlbəttə, əsas heyətlə oynayacağıq. Doğrudu, bir sıra futbolçumuz zədə üzündən sabahkı görüşdə iştirak etməyəcəklər. Söhbət Ari, Bıstrov və Torbinskidən gedir. Onlar bizimlə Bakıya gəlməyib.

- Bu, oyuna gəlmək məcburiyyətdən irəli gəlib? Axı, artıq turnir məqsədinizə çatmısınız...

- Əvvəlcə onu qeyd edim ki, biz qrup qalibi olmaq şansını saxlayırıq. Bu da növbəti mərhələdə səpələnmişlər sırasında yer almağımıza imkan yaradacaq. Eyni zamanda, ili major notda bitirmək istəyirik.

- Bıstrov və Torbinski heç son tur matçında oynamayıblar da. Onlar nə vaxt zədələndilər?

- Hər ikisi məşq zamanı zədələniblər. Ari isə “Kuban”la görüşdə əzələsini dartıb.

- “Spartak” və “Kuban”la görüşlərdə komandanız 5 qol buraxıb. Qışda müdafiə xəttini gücləndirmək yönündə transferlərin olunmasını rəhbərlikdən xahiş etməyəcəksiniz?

- Biz parlaq hücum futboluna üstünlük veririk. Belədə, təbii ki, qapımız qarşısında da qol epizodları yaşanır. Ancaq biz də kifayət qədər təhlükəli hücumlar qururuq. Eyni zamanda. “Borussiya”ya qarşı oyun necə müdafiə olunmağı bacardığımızı göstərdi.

- “Qəbələ”yə qarşı oyundan sonra hansısa oyununu izləmisinizmi?

- PAOK-la oyununu da izləmişəm, çempionatdakı son turda qalib gəldikləri qarşılaşmasına da (“Xəzər Lənkəran”a qarşı – red.) baxmışam. Deməzdim ki, böyük dəyişiklik baş verib. Bizi çox ciddi oyun gözləyir.

- Bu oyunda hansısa yeniliklər etməyi düşünürsünüzmü?

- Qeyd etdiyim kimi, bu oyun bizim üçün çox əhəmiyyətlidi. Dediklərinizi yoxlama görüşlərində həyata keçirmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail